Pakistanın Kəraçi şəhərində “Camaat Ulema-e-İslam” partiyasının təşkil etdiyi mitinqdə əl qumbarası partlayıb.
Teleqraf.com xəbər verir ki, partlayış nəticəsində azı 39 nəfər yaralanıb.
Bildirilib ki, bir nəfərin vəziyyəti ağırdır, yaralıların əksəriyyəti yüngül xəsarət alıblar.
Bütün yaralılar əraziyə yaxın xəstəxanalara aparılıb, hadisənin səbəbləri müəyyənləşdirilir.