6 Avqust 2020 08:45
1 320
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Vladimir Zelenski Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Vasiliy Burbanın vəzifəsindən azad edilməsi ilə bağlı sərəncam imzalayıb.

Teleqraf.com-un məlumatına görə, müvafiq sərəncam Ukrayna liderinin saytında dərc edilib.

Onun digər sərəncamı ilə bu vəzifəyə bu idarənin zabiti Kirill Budanov təyin edilib.

Dövlət başçısının aparatında bu qərar “işin yenidən qurulması və intensivləşdirilməsi, təhlükəsizlik məsələlərinin həlli ilə bağlı müasir yanaşmanın axtarışı və həyata keçirilməsinin zəruriliyi” ilə izah edilib.


Müəllif: Teleqraf.com