6 Avqust 2020 10:27
3 583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Livanın paytaxtı Beyrutda dağıntıya səbəb olan partlayışın Hizbullahın nəzarətində olan limanda 2013-cü ildən bəri saxlanılan 2750 ton ammonium nitratdan qaynaqlandığı dəqiqləşib.

Teleqraf.com xəbər verir ki, terror təşkilatlarının “sevimli maddə”sinin Beyruta hansı yolla gətirildiyi də məlum olub.

Livan mediasına görə, 2013-cü il sentyabrın 23-də Gürcüstanın Batumi limanından Mozambikə gedən ammonium nitrat yüklü gəmi texniki nasasızlıq səbəbindən Beyrutda dayanmalı olub. Gəminin yükü Beyrut limanına boşaldılıb. Partlayışa qədər zərərli maddənin saxlanıldığı anbara toxunulmadığı, baxışın keçirilmədiyi bildirilib. Lakin naməlum səbəbdən gəmi Mozambikə getməyib və məlum olduğu kimi yük Beyrutda qalıb.

Mütəxəssislərə görə, son dərəcə yanıcı bir maddə olan ammonium nitratın öz-özünə partlama xüsusiyyəti yoxdur. Bu səbəbdən partlayışa yol açan maddənin təkcə ammonium nitrat olmadığı, başqa bir maddə ilə qarışmış və ya müdaxilə ilə partlamış ola biləcəyi qeyd edilib.

İraqlı general Sübhi Nazim Tofiq partlayışın əvvəlcədən planlaşdırıldığını istisna etməyib: “Buna partlayıcı maddənin saxlanıldığı anbarın raketlə vurulduğunu düşünürəm. Bu, 54 bombanın eyni anda partlamasından daha şiddətli bir partlamadır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər