6 Avqust 2020 10:36
2 688
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail parlamentinin keçmiş vitse-spikeri, Zeut partiyasının lideri Moşe Feyqlinin Livanın paytaxtı Beyrutda baş verən partlayışla bağlı açıqlaması müzakirə mövzusuna çevrilib.

Teleqraf.com xəbər verir ki, Feyqlin partlayış haqda “möhtəşəm fişəng şousu izlədik” deyərək diqqətləri üzərinə çəkib.

“Sevgililər gününün (İbrani təqvimində 4-5 avqust) şərəfinə Beyrut limanında möhtəşəm fişəng şousu izlədik”, - partiya lideri qeyd edib.

O, partlayıcı maddələr üzrə kifayət qədər məlumatlı olduğunu bildirib: “Şahid olduğum ən böyük partlayış 2.5 ton TNT partlayıcının zərərsizləşdirilməsi idi. Beyrut limanında baş verən isə bundan daha böyük idi, kiçik nüvə bombası kimi dağıdıcı nəticəsi oldu”.

Partlayışın “şükranlıq günü” olduğunu söyləyən Feyqlin “Sevgililər gününün şərəfinə bu möhtəşəm mərasimi təşkil edən həqiqi qəhrəmanlara təşəkkür edirəm” ifadəsinə yer verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər