“Tehranda Beyrutdakından da dəhşətli fəlakət baş verə bilər”.
Teleqraf.com xəbər verir ki, bunu Tehran Şəhər Şurasının üzvü Məcid Fərahani deyib.
O, Tehranda Livanın paytaxtındakı partlayışdan daha dəhşətli faciənin yaşanma ehtimalı ilə bağlı əhaliyə xəbərdarlıq edib.
Onun sözlərinə görə, Tehranın şimal qərbində yerləşən Şəhran məhəlləsində mövcud olan neft anbarı potensial olaraq bomba kimidir və hər an partlayaraq, Beyrut partlayışından da böyük faciəyə səbəb ola bilər.
Fərahani qeyd edib ki, yaşayış zonasında irihəcmli çənlərin yerləşdiyi anbarın mövcud olması böyük təhlükədir: “Anbarın tektonik ərazidə yerləşməsi bu təhlükəni labüd edir”.