6 Avqust 22:23
3 006

ABŞ Prezidenti Donald Trampın Mar-a-Laqodakı malikanəsinə avtomatla girən üç uşaq saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “CBSNEWS” məlumat yayıb.

Məlumatda görə, Florida ştatında polisdən qaçan 3 uşaq çantalarında dolu vəziyyətdə olan Rusiya istehsalı “AK-47” avtomatları ilə Trampın malikanəsinə girməklə təqibdən yaxa qurtarmağa çalışıblar. Uşaqların malikanəyə divardan keçdiyi bildirilib.

Polis 15 yaşlarındakı 3 uşağın saxlanıldığını açıqlayıb. Uşaqlar qanunsuz odlu silah gəzdirmək, oğurluq və polisə müqavimət göstərməkdə ittiham olunurlar.

Olay vaxtı prezident və ailə üzvlərinin malikanədə olmadığı deyilib.


Müəllif: Mənsur Rəğbətoğlu