6 Avqust 2020 23:35
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 14 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda 54 494 şübhəli koronavirus testindən keçib, onlardan 1153-nün cavabı pozitiv çıxıb. Bu gün daha 1040 xəstə sağalıb.

Türkiyədə indiyədək 237 265 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5793 nəfər ölüb, 220 546 nəfər müalicə olunaraq evə buraxılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər