Dünyada koronavirus xəstələrinin ümumi sayı 19 milyonu ötüb.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Conc Hopkins Universiteti məlumat yayıb.
Qeyd edilir ki, ABŞ yoluxma sayında liderliyini saxlayır. Birləşmiş Ştatlarda COVID-19-a demək olar 4,9 milyon yoluxma qeydə alınıb.
Pandemiya ərzində dünyada təxminən 712,5 min insan təhlükəli infeksiyadan ölüb. Onlardan 160 mindən çox ABŞ-ın payına düşür.