Axtarışda olan Ermənistan parlamentinin keçmiş deputatı Levon Sərkisyan Rusiyadan Ermənistana gətirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan baş prokurorunun müşaviri Qor Abramyan açıqlama verib.
Məlumatda bildirilib ki, Rusiya Baş Prokurorluğu Sərkisyanın Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verilməsi tələbini təmin etmək barədə qərar qəbul edib.
Levon Sərkisyan ötən ilin noyabrında Rusiyada saxlanılıb. O, 11 il əvvəl Ermənistan gömrük xidmətinin keçmiş rəhbəri Armen Avetisyanın malikanəsinə hücumla əlaqədar başlanmış cinayət işində təqsirləndirilən şəxsdir.