7 Avqust 2020 12:42
3 211
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı ilk dəfə olaraq ölkənin nüvə silahından istifadə imkanlarını müəyyənləşdirən şərtləri açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Baş Qərargahın “Krasnaya Zvezda” qəzetində nüvə qarşıdurması sahəsində dövlət siyasətinin əsasları barədə məqalə dərc edilib.

Qeyd edilir ki, birinci şərt Rusiya ərazisinə və ya onun müttəfiqlərinin ərazisinə ballistik raket atılmasına start verilməsi barədə etibarlı informasiyanın daxil olması ilə bağlıdır.

“Start faktı xəbərdarlıq sistemi tərəfindən qeydə alınacaq. Bununla yanaşı hücum edən istənilən raket nüvə başlıqlı raket kimi təsnif olunacaq. İnformasiya avtomatik olaraq hərbi-siyasi rəhbərliyə ötürüləcək, burada da cavab addımlarının miqyası müəyyənləşdiriləcək”, – deyə yazıda bildirilir.

Vurğulanır ki, bu situasiyada düşmənin məqsədi Rusiyanın bir dövlət olaraq məhv edilməsi kimi qəbul ediləcək.

Baş qərargah əmin edib ki, potensial düşmən qırmızı xətləri keçməyə qərar verərsə, cavab sarsıdıcı olacaq.


Müəllif: Səxavət

Oxşar xəbərlər