7 Avqust 21:23
4 018

Ermənistanın üçüncü prezidenti Serj Sərkisyan Azərbaycanla 2016-cı il aprel müharibəsini araşdırmaq üçün Milli Məclisin müvafiq komissiyasının iclasına getməsindən danışıb.

Teleqraf.com xəbər verir ki, Sərkisyan komissiyaya kömək edə bilmədiyini bildirib.

O, bunun 1994-cü ildən bəri baş verən ən böyük toqquşma olduğunu söyləyib:

“Məni komissiyanın iclasına dəvət etdilər - kömək edə bilmədim, çünki gizlətmək üçün heç bir şeyim yoxdur. Gedib bütün həqiqəti danışmalıydım. Yekun rəy hesabatı parlamentə göndərəndə olacaq”.

Əlavə edək ki, Ermənistan parlamentində aprel döyüşlərində Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinə məğlubiyyətini araşdırmaq üçün xüsusi komissiya yaradılıb. Keçmiş müdafiə naziri Seyrah Ohanyan, keçmiş qərargah rəisi Yuri Xaçaturov, keçmiş prezident Serj Sərkisyan və digərləri komissiyada dindirilib.


Müəllif: Mənsur Rəğbətoğlu