7 Avqust 18:28
523

Misirdə yaşayış binasının çökməsi nəticəsində uşaqlar da daxil olmaqla 8 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, hadisə Əl-Məhəllə-əl-Kübra şəhərində baş verib.

Hadisə yerinə xilasedicilər cəlb edilib. Dağıntılar altından 2 nəfəri xilas etmək mümkün olub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com