8 Avqust 2020 00:55
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın “Air India Express” aviaşirkətinə məxsus “Boeing-737” təyyarəsinin Kerala ştatının Kojikode şəhərində sərt eniş etməsi nəticəsində 17 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Məlumata görə, xilasetmə əməliyyatı başa çatıb, zərərçəkənlərin hamısı təyyarədən çıxarılıb. “News 18” telekanalı hadisə zamanı 123 nəfərin xəsarət aldığını bildirib.

“Flightradar24” portalının məlumatına görə, sərt eniş edən “Boeing-737” təyyarəsi Dubaydan Kojikodeyə uçurmuş. “Airfleets” portalı isə bildirib ki, təyyarə 13 ildir istismardadır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər