8 Avqust 2020 08:25
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Baş Naziri Boris Conson ölkəsinə gələn xarici turistləri karantinə salmaqdan çəkinməyəcəklərini söyləyib. O, insanların sağlamlığını qorumaq üçün bu sistemə qayıda biləcəklərini bildirib.

Teleqraf.com xəbər verir ki, Belçika, Baham adaları və Andorradan gələn turistlər 14 günlük özünütəcrid qaydalarına əməl etməli olacaqlar.

Son günlər Fransada koronavirusa yoluxma hallarında artım müşahidə olunduğu üçün qayda bu ölkədən gələnlərə də tətbiq oluna bilər.

Qeyd edək ki, artıq İspaniyadan gələn turistlərə 14 günlük karantin rejimi tətbiq olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər