10 Oktyabr 2014 21:38
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğan 10 oktyabrda verdiyi açıqlamada "Bölgəmiz həssas və kritik bir yoldadır. Türkiyə bölgəmizdə yaşanan çatışmaların heç birində tərəf deyildir" deyib.

Ərdoğan Türkiyədə "Meydan" parkının açılışda a iştirak edib. Çıxış edən Ərdoğan belə deyib "Bütün ölkəmə, bütün millətimə, bütün dünyaya açıq deyirəm. Türkiyə ölkəmizdə baş verən hadisələrin heç birində tərəf deyildir. Bütün bu hadisələr baş verən zamandan etibarən bizim tərəfdə həmişə barış olub,dialoq olub. Biz həmişə insanların azad və firavan yaşamasını istəmişik.

Xalqı müsəlman olan bəzi ölkələr Əsəd rejiminə sahib çıxırlarsa və silahda onlara kömək edirlərsə onlar heç vaxt bunun hesabını verə bilməzlər. Suriya xalqı bizim qardaşımızdır, aramızda problem yoxdur, amma Suriya rejiminin terrorla məşğul olduğu üçün problemimiz var. Qardaşlığımızı gücləndirmək üçün çarə tapmalıyıq. Bax bu içəridə və kənarda bəzilərini narahat edir. Əvvəl "Türkiyə terrora dəstək verir" dedilər və ancaq tutduqları işdə uğur qazana bilmədilər. Daha sonra Türkiyə iqtisadiyyatına qarşı əməliyyat başlatdılar yenə də uduzdular.

Türk bayrağına o hərəkəti edən xainlər gec-tez tapılacaq.Bunu edən cənablar bilsinlər ki, Türkiyə küçə aksiyalarından qorxub istiqamət dəyişdirəsi bir ölkə deyildir.

Türkiyə belə bir vəhşiliyə boyun əyməz,bu gün əymədi sabah da əyməz.
Bütün xalqımı bu hadisələrə soyuqqanlı olmağa dəvət edirəm.Bizə qurulan tələ çox açıqdır.

Ana muxalifət partiyasının başındakı hər kimsə Əsədi qorumaq üçünmü bu addımları atır. Bizə hələ ağıl da verir "Kobaniyə qarşı tezkere" sən o ağlı özünə saxla. Belə danışmaq istəməzdim amma artıq bir başçı olaraq bunları deməyə məcburam.

İndi hamımız birlikdə bir yerdə olaraq bu zamanda terrora qarşı əlbir olmağımızın vaxtıdır.Amma biz bu tələyə düşməyəcəyik.

Çarə tapmaq üçün barış etmək üçün əlimi,bədənimi,canımı qoydum.Hər nə olursa olsun 77 milyonun qardaşlığını etmək üçün barış və sakitlik yaratmaq üçün son nəfəsimə qədər də çalışacağam"


Müəllif:

Oxşar xəbərlər