Ermənistanda təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 200 nəfər artaraq 40185-ə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi məlumat yayıb.
Son bir sutkada bu səbəbdən daha 8 nəfər həyatını itirib. Ümumilikdə, respublikada 785 nəfər koronavirus infeksiyasından ölüb.