Belarus Prezidenti Aleksandr Lukaşenko seçkilərə görə məhsul yığımı ilə məşğul olan fermerlərdən diqqətlərini bu işdən yayındırmamalarını xahiş edib.
Teleqraf.com xəbər verir ki, Lukaşenko Minsk bölgəsində səfərə çıxıb, burada məhsul yığımının gedişi ilə tanış olub.
Səfər zamanı ölkə başçısına taxıl yığımının gedişi və məhsuldarlığı barədə məlumat verilib.
Səfər zamanı Lukaşenko Minsk qubernatoru Aleksandr Turçinə tövsiyyələrinə də çatdırıb:
“Siyasi vəziyyət necədir? Seçkilər davam edir. Ancaq diqqətinizi yayındırmayın, insanları seçkilərə cəlb etməyin. Fürsət var, səs verməyə erkən gəlsinlər. Ancaq siyasət naminə belə bir məhsulu itirmək tam axmaqlıq olardı”.
Belarus lideri fermerlərin günlərdir tarlada işlədiklərini və seçki kampaniyasına az əhəmiyyət verdiklərini vurğulayaraq, Minskdə isə bəzi insanların skamyalarda ancaq pivə içdiklərini deyib.
Qeyd edək ki, Belarusda prezident seçkisi avqustun 9-da keçiriləcək.