Livanın İnformasiya naziri Manal Abdel Səməd istefa verib.
Teleqraf.com xəbər verir ki, nazir istefa məktubunu baş nazirə təqdim edib.
Xanım nazir xalqdan üzr istəyib: "Qarşılaşdığımız çətinliklərə görə livanlıların istəklərini yerinə yetirə bilmədik.
Beyrutdakı fəlakətdən sonra insanların iradəsinə cavab olaraq vəzifəmdən istefa edirəm".
Qeyd edək ki, Beyrut limanında partlayış nəticəsində 158 nəfər həyatını itirib, 6 mindən çox insan yaralanıb.