10 Avqust 2020 12:59
1 174
12 Punto 14 Punto 16 Punto 18 Punto

Minskdəki etirazlar açıq təxribat xarakteri daşıyırdı və Belarusdakı prezident seçkilərində səsvermənin nəticələrinin etibarsızlığına dəlil deyildi.

Teleqraf.com xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında MDB Parlamentlərarası Assambleyasınınn müşahidəçilər qrupunun koordinatoru, rusiyalı senator Oleq Melniçenko bildirib.

“Çıxışlar açıq şəkildə təxribat xarakterli idi və heç bir şəkildə seçkinin etibarsızlığından xəbər vermirdi”, – deyə o qeyd edib.

Melniçenko, həmçinin, müşahidəçilərin gecə baş verən etirazlar səbəbindən hərəkət və ya ünsiyyət problemi yaşamadığını söyləyib.

“Çətinlik olmadı. Respublika hakimiyyəti çox operativ və səliqəli işlədi. Maydan cəhdi uğursuz oldu”, – senator bildirib.


Müəllif: Səxavət