10 Avqust 2020 16:43
1 635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko seçkilərdən sonra 200-300 etirazçının respublikanın cənubundakı şəhərlərdən birində yerli icra komitəsini ələ keçirməyə çalışdıqlarını iddia edib.

Teleqraf.com xəbər verir ki, Belarus lideri icazəsiz etiraz nümayişlərinin xarici təşkilatçılar tərəfindən idarə olunduğunu deyib.

“Aksiya təşkilatçılarının göstərişi ilə 200-300 nəfər Belarusun cənubunda rayon icra komitəsi mühasirəyə alındı. Amma bunun qarşısı alındı”, - Lukaşenko bildirib.

O, gecə saatlarında polisləri təxribata çəkməyə cəhdlərin də olduğunu söyləyib.

Belarusda prezident seçkiləri avqustun 9-da baş tutub. Minskdəki seçki məntəqələri bağlanandan sonra səhərə qədər davam edən iğtişaşlar başlayıb. Məlumata görə, hüquq mühafizə qüvvələri etirazçıları dağıtmaq üçün əl qumbaraları, su topları və rezin güllələrdən istifadə edib.

MSK-nın ilkin məlumatına görə, Lukaşenko 80.23% səslə qalib gəlir.


Müəllif: Mənsur Rəğbətoğlu