“Hizbullah qrupunun lideri Həsən Nəsrullah Livanın əsas problemidir”.
Teleqraf.com xəbər verir ki, bunu İsrailin Müdafiə naziri Benni Qantz deyib.
“Nəsrullah şimal cəbhəsindəki ən böyük düşmənimiz olsa da, Livan üçün də ən böyük problemdir. Livanda baş verən faciəni görürük. İsrail dövləti kömək təklif etdi”, - Qantz söyləyib.
Müdafiə naziri İranın bölgədəki dağıdıcı fəaliyyətlərinə də diqqət çəkib:
“Livan kəndlərindəki İran silahlarıyla yenidən vəziyyət gərginləşərsə, nə olacağını düşünün. Livanda raket saxlama otaqları var. Bu raket partladığı təqdirdə o otaqlar da dağılacaq, Livandakı vətəndaş cəmiyyətinə də baha başa gələcək. Silahları mülki əhalinin yaşadığı ərazilərdə saxlayan düşmənlərlə üz-üzəyik. Əgər döyüşməkdən başqa çarəmiz qalmasa, bunun ağır nəticələri ola bilər”.