10 Avqust 2020 16:52
2 908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko prezident seçkilərində təxribatın təşkilatçılarına xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, Belarus lideri bəzi qüvvələrin ölkədə qarışıqlıq yaratmağa çalışdıqlarını deyib.

“Xəbərdarlıq etdim: Maydan olmayacaq, kimlərin nə istəyəcəyindən asılı olmayaraq. Buna görə də sakitləşməliyik. Cavab adekvat olacaq. Ölkənin parçalanmasına imkan verməyəcəyik”, - Lukaşenko vurğulayıb.

O, “kuklalar”ın açıq şəkildə meydanda olduğunu söyləyib:

“Kuklaları görürük. Bu kuklaların xətlərindən biri Çexiyadır. Eyni zamanda, kuklaların iplərini həm Polşadan, həm də Ukraynadan çəkməyə başlayıblar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər