Ukraynadan ayrıldığını bəyan edən separatçı "Donetsk Xalq Respublikası" (DxR) ilə rəsmi Kiyev arasında “neytral ərazi” qurmaq üçün müqavilə imzalanıb.
Teleqraf.com "UNİAN"-a istinadən xəbər verir ki, bunu müvafiq açıqlamasında "DXR"-İN lideri Aleksandr Zaxarçenko bildirib. O, bu barədə məlumat verərək, Ukrayna ordusunun bəzi əraziləri boşaldacağını söyləyib: “Mariopol, Slavyansk və Kramatorskda Ukrayna ordusunun nəzarəti davam edəcək. Razılaşma baş tutarsa bəzi ərazilər isə bizim nəzarətimizə keçəcək”.