11 Oktyabr 2014 01:24
1 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinlə və Moldova Prezidenti Nikolay Timofti arasında MDB ölkə liderlərinin Minsk sammitində ciddi fikir ayrılığı yaşanıb. Teleqraf.com-un məlumatına görə, Avropaya iteqrasiya məsələlərinə fərqli münasibət tərəflər arasında ciddi mübahisəyə səbəb olub. Bu barədə informasiyanı “Moskovskiy Komsomoleç” yayımlayıb.

Belə ki, Putin MDB ölkələri liderlərinin sammitində Moldovanın Avropa İttifaqı ilə yürütdüyü siyasətin onlar üçün təhlükəli olması ilə bağlı Timoftini tənqid edib. Sonradan Timofti ilə Putin arasında mübahisə bir qədər də böyüyüb. Jurnalistlər onların bir-birinə yaxınlaşdıqlarını görsələr də, söhbətin nədən getdiyini öyrənə bilməyiblər.


Müəllif:

Oxşar xəbərlər