Livanın Baş naziri Həsən Diyab istefa verib.
Teleqraf.com xəbər verir ki, Beyrutdakı partlayışdan sonra güclü təzyiq altında qalan nazir hökumətin istefasını təqdim edəcəyini bəyan edib.
Qeyd edək ki, bundan öncə Livanın ədliyyə naziri Mari Kloud-Nacm, maliyyə naziri Qazi Uazni, informasiya naziri Manal Abdəl Səməd və ekologiya naziri Damianos Qəttər istefa veriblər.
Ötən həftə Beyrut limanında baş verən partlayış nəticəsində 158 nəfər həyatını itirib, 6 min nəfər yaralanıb.