Türkiyənin İnformasiya və Rabitə naziri Lütfü Əlvan, Türkiyədə kosmos agentliyinin qurulacağını və bununla əlaqədar qanun layihəsi işlərinin tamamlandığını bəyan edib.
Teleqraf.com-un Türkiyə mediasına istinadən məlumatına görə, nazir bildirib ki, ən qısa müddətdə regional təyyarə istehsalı infrastrukturu da ərsəyə gətiriləcək və yol xəritəsi ilə bağlı işlərə başlanılacaq.
Lütfü Əlvan kosmik sahədə Türkiyədə son illərdə əhəmiyyətli inkişafın olduğunu da vurğulayıb: "Bu inkişafa paralel olaraq Türkiyə Kosmik Agentliyini quracağıq”.