Livan prezidenti Mişel Aun Baş nazir Həsən Diyab və hökumətin istefasını qəbul edib.
Teleqraf.com xəbər verir ki, hökumət yeni kabinet qurulana qədər işini davam etdirəcək.
Prezident mövcud hökumətin üzvlərilə görüşdə Livanda partlayışdan sonra baş verənləri müzakirə edib. Dövlət başçısı hökumət üzvlərinə təşəkkür edib.