Türkiyənin Baş naziri Əhməd Davudoğlu Malatyada xalq qarşısında çıxış edib. Baş nazirin ölkə vətəndaşlarına həmrəyliyə çağırışlarla dolu bu çıxışı kövrəkliyi və duyğusallığı ilə diqqəti çəkib. O, Kobanidə baş verənlərin Türkiyədə sabitliyə zərər vurmayacağını bildirib. Davudoğlu çıxışında həmvətənlərini hər hansı ayrı-seçkilik, bölücülük etmədən birləşməyə dəvət edib:
“Yalvarıram, sabah səhər qalxın və ilk gördüyünüz qardaşınızla elə sarılın ki, kimsə bir daha qardaşı qardaşa düşmən edə bilməsin”.
Teleqraf.com-un "TRT Haber"ə istiadən məlumatına görə, 35 nəfərdən çox insanın həyatını itirdiyini deyən Davudoğlu insanları xarici qüvvələrin felinə uymamağa səsləyib:
“Bu gün birlik, bərabərlik günüdür. Malatya öz tarixi təcrübəsi ilə göstərdi ki, son günlər vandalizm hərəkətləri törədənlər buraya yaxınlaşa bilər”.
Heç bir zaman türk millətinin məzhəb və etnik qruplara bölünməyəcəyini deyən Baş nazir çıxışında xalqı birliyə səsləyib:
“Türk, ərəb, sünni, şiə deməyin. Hamı birləşsin. Hansı partiyadan olduğunu soruşmayın, hansı şəhərdən olduğunu soruşmayın, hansı məzhəbdən, hansı etnik kimlikdən olduğunu soruşmayın. Yalnız qarşınızda duran insanın gözünün içinə baxın. Eşqlə, sevdayla, məhəbbətlə baxın”.