11 Avqust 2020 11:12
4 990
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kosovoda sülhməramlı missiyanı həyata keçirən erməni hərbi kontingenti qarşıya qoyulmuş vəzifələri yerinə yetirərək geri qayıdıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda geri qayıdan kontingenti yeni erməni sülhməramlı hərbi birləşməsi ilə əvəz olunduğu bildirilib.

Əlavə edək ki, Kosovo Şərqi Avropada bölgə və eyni zamanda müstəqilliyi mübahisəli dövlətdir.

Serbiya 2008-ci ildə müstəqilliyini elan edən bu bölgəni öz daxilində Kosovo və Metohiya muxtar vilayəti kimi tanıyır. Hazırda Kosovonun müstəqilliyini 97 ölkə tanıyıb. Azərbaycan indiyədək Kosovonun müstəqilliyini tanımayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər