11 Avqust 2020 12:00
1 179
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət başçısı Donald Tramp Rusiya lideri Vladimir Putini prezident seçkilərindən sonra keçiriləcək “G7” sammitinə mütləq dəvət edəcəyini vəd edib.

Teleqraf.com xəbər verir ki, o, Putinlə yanaşı, bir sıra dünya liderlərini də ABŞ-da keçiriləcək sammitə dəvət etdiklərini açıqlayıb.

“Bir sıra liderləri görüşə dəvət etdik. Əlbəttə onu (Putini) toplantıya dəvət edərdim. Düşünürəm ki, çox vacib amildir. “G7”yə üzv olmayan liderləri dəvət edəcəyik. Bəziləri artıq dəvətnamələri qəbul edib”, - Tramp bildirib.

Amerika prezidenti əlavə edib ki, ABŞ-da noyabr seçkilərindən sonra “G7” sammitinin keçirilməsinin mümkünlüyünü nəzərdən keçirir: “Düşünürəm ki, seçkilərdən sonra atmosfer daha yaxşı olacaq”.

“G7” sammitinin iyunda keçirilməsi nəzərdə tutulurdu, lakin koronavirusla bağlı yaranan vəziyyətə görə Tramp görüşü sentyabr ayına təxirə saldı. Amerika lideri əlavə dörd ölkəni dəvət etmək istədiyini söyləyib: Rusiya, Hindistan, Avstraliya və Koreya Respublikası.


Müəllif: Mənsur Rəğbətoğlu