"Türkiyə suriyalı müxaliflərə təlim keçirilməsi və təchizatlandırılma proqramını qəbul edib".
Teleqraf.com-un məlumatına görə, bu barədə ABŞ Dövlət Katibliyinin sözçüsü Marie Harf deyib. O, məsələ ilə bağlı gələn həftə ABŞ səlahiyyətlilərinin Ankaraya gedəcəyini və hərbi danışıqların aparılacağını bildirib.
Bu arada ABŞ Müdafiə naziri Çak Hegel də ölkəsinin Türkiyədən istəyəcəkləri barədə söz açıb. Hegel ABŞ-ın İŞİD-ə qarşı hücumlarının kəsərini artırmaq üçün Türkiyədən ilk hərbi yardım kimi İncirlik bazasını istəyəcəklərini bildirib. Cənubi Amerikaya gedərkən təyyarədə jurnalistlərin suallarını cavablandıran Hegel bundan başqa Türkiyəni Suriya müxalifətinə dəstək vermək üçün razı salmaq niyyətində olduqlarını dilə gətirib:
“Türkiyə İŞİD-lə mübarizədə əhəmiyyətli müttəfiqdir. Əsədə qarşı döyüşən Suriya müxalifətinə dəstək veməliyik. Bu mövzuda hamıdan daha çox, Türkiyə yardım edə bilər”.