12 Avqust 2020 10:54
1 462
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreyada yağan güclü yağışlar nəticəsində ən azı 33 nəfər həyatını itirib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Rönhap” agentliyi xəbər verib.

Qeyd edilir ki, daha doqquz nəfər itkin düşüb, minlərlə insan pis hava şəraiti səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb. Bir neçə həftədir davam edən yağış ölkənin şəhərlərinin müxtəlif infrastrukturlarına da ciddi ziyan vurub.

Qeyd edək ki, bundan əvvəl Pakistanda güclü musson yağışları və daşqınlar nəticəsində azı 64 nəfərin öldüyü bildirilmişdi.


Müəllif: Səxavət

Oxşar xəbərlər