İraqın qərbi və şimalında beynəlxalq koalisiyaya məxsus döyüş təyyarələrinin və İraq ordusunun hücumu nəticəsində “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının 61 üzvü öldürülüb.
Teleqraf.com Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə İraq ordusunun komandanı general-mayor Ziya Kazım məlumat verib.
Onun sözlərinə görə, hücumlar nəticəsində terror təşkilatına məxsus 20 zirehli maşın, 2 tank və yanacaq daşıyan 2 tanker də məhv edilib.
Samir