Suriya ordusu (Bəşər Əsəd) və İran tərəfindən dəstəklənən silahlı qüvvələr İdlibin Zəviyyə bölgəsinə keçməyə cəhd edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumatda Azad Suriya Ordusunun əks həmləsindən sonra Əsəd və İran dəstəkli qüvvələrin itki verərək geri çəkildiyi bildirilib.
Digər yandan, Əsəd qüvvələri gün ərzində Kəfəravid, Fattira, Məcdləyyə, Nayrəb bölgələrinə də top zərbələri endirib.