Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In Kim Dok Hunu ölkənin yeni baş naziri təyin edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, KXDR Dövlət Şurasının müvafiq qərarı avqustun 13-də dərc olunub.
Qeyd olunur ki, Kim Dok Hun bu vəzifədə Kim Çje Ryonu əvəz edib.