14 Avqust 2020 10:46
5 377
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ YPG/PYD/PKK terror təşkilatına təlim keçir, ərzaq, geyim, tibbi və silah yardımı edir.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Silahlı Qüvvələrinə təslim olan YPG/PYD terror təşkilatının üzvü M.D. adlı şəxs deyib.

YPG üzvlərinin hamısına amerikalı hərbçilər tərəfindən təlim keçirildiyini söyləyən 23 yaşlı qadın ABŞ-ın terrorçu təşkilatın Dərik və Rumeylandakı (Suriya) xüsusi birləşməsi olan YAT-ı xüsusi diqqətdə saxladığını bildirib.

O, YAT-a xüsusi təlimlərin keçirildiyini vurğulayıb. M.D. YPG-nin ABŞ-ın təlimatı əsasında hərəkət etdiyini də diqqətə çatdırıb.

Təşkilatın Ayn əl-Ərəbdə dron istehsal etdiyini, ABŞ-ın savaş vaxtı terrorçulara “MG-58” silahları payladığını etiraf edən M.D. YPG-nin əldə etdiyi nefti ABŞ, Rusiya və Bəşər Əsəd rejiminə satdığını da açıqlayıb.

23 yaşlı terrorçu Türkiyə ordusunun bölgədəki əməliyyatlarından (“Sülh Çeşməsi”) sonra Sofi Nurəddinin postundan uzaqlaşdırıb yerinə Bahoz Ərdalın YPG-nin başına gətirildiyini deyib. M.D. “Şahin Cilo” ləqəbli Məzlum Kobaninin də YPG-nin rəhbərliyindən uzaqlaşdırıldığını, aşağı pillələrə endirildiyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər