ABŞ hökuməti İrana tətbiq olunan sanksiyalar çərçivəsində ilk dəfə olaraq, İran neftini daşıyan gəmiləri müsadirə edib.
Teleqraf.com xəbər verir ki, “Luna”, “Pandi”, “Bering” və “Bella” adlı 4 gəminin yaxın vaxtlarda dənizdə müsadirə edildiyi və Hyuston limanına aparıldığı bildirilib.
“Wall Street Journal”ın məlumatına görə, ötən ay ABŞ-da İranın Venesuelaya neft göndərdiyi 4 tankeri müsadirə etmək üçün məhkəmə prosesi başlayıb.
Gəmilər saxlanılarkən hərbi gücdən istifadə olunmadığı, bu addımın sanksiyalar çərçivəsində atıldığı bildirilib.