11 Oktyabr 2014 12:11
3 879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Afrika ölkəsi olan Svazilandda HİV virusunun yayılmasının qarşısını almaq üçün bakirə qızlara hər ay maaş veriləcək.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, qızların 200 ruanda frankı (15 azn) maaş alaçağı açıqlanıb. Proqramın maliyyəsini Dünya Bankının təmin edəcəyi bildirilib.

Bu layihənin əsl səbəbinin isə Kralın “seçə biləcəyi bakirələrin sayını artırmaq” olduğu iddia olunur.

Svazilandlı qadınlar isə proqramın fahişəliyin qarşısını almıyacağını, maaşın az olduğunu söyləyiblər.

“Daily Mail” qəzetinə açıqlama verən 17 yaşlı gənc qadın “qadınlar 200 ruanda frankını tək bir cinsi əlaqə qarşılığında qazana bilər. Svazilandlı qızlar kifayət qədər pul almasalar, fahişəlik etməyə davam edəcəklər. Kralımız gəlinlərini seçmək üçün Keyp Touna getməli olacaq” deyib.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər