14 Avqust 2020 12:20
4 196
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı senatorlar Bob Menendez və Kris Van Hollen Dövlət katibi Mayk Pompeoya ünvanladıqları məktubda Türkiyəyə sanksiya tələbi irəli sürüblər.

Teleqraf.com xəbər verir ki, Pompeoun Yunanıstan Xarici İşlər naziri Nikos Dandiasla görüşündən əvvəl göndərilən məktubda Türkiyə Aralıq dənizinin şərqində “təxribatçı fəaliyyətlər” həyata keçirməkdə ittiham olunub.

Senatorlar Tramp administrasiyasından Türkiyəyə gəmilərini beynəlxalq sulardan geri çəkməsi üçün çağırış etməsi tələbini irəli sürərək, Pompeoya Türkiyəyə sanksiyaların tətbiq olunması üçün Avropa İttifaqı ilə işbirliyində olması tövsiyə olunub.

Məktubda bildirilib ki, Türkiyənin Aralıq dənizinin şərqindəki fəaliyyətləri bölgədə ciddi narahatlıq yaradır. Eyni zamanda, qeyd olunub ki, ABŞ Türkiyənin qarşısını almaq üçün bu ölkənin strateji əhəmiyyətli iqtisadi sektorlarına sanksiya tətbiq etməlidir.

“ABŞ-ın bu kritik dönəmdə qərarlı şəkildə hərəkət etməməsi, türklərin bölgədəki manevr sahəsinin daha da genişlənməsinə yol açacaq. Buna görə də Türkiyə Donanmasına məxsus gəmilərin Yunanıstana məxsus ərazilərdən çıxarılması üçün ciddi addımların atılmasını tövsiyyə edirik”, - məktubda vurğulanıb.


Müəllif: Mənsur Rəğbətoğlu