Ukrayna Prezidenti Vladimir Zelenski İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefonla danışıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna liderinin mətbuat xidməti məlumat yayıb.
Telefon söhbəti zamanı Netanyahu Ukraynanın şərqində hərtərəfli atəşkəs rejiminin qurulmasını və Minsk razılaşmalarının icrası istiqamətində irəliləyişləri alqışlayıb.
Ukrayna dövlətinin başçısı həmsöhbətinə Donbasdakı humanitar və təhlükəsizlik vəziyyəti barədə məlumat verib.
Zelenski həmçinin, İsraillə Birləşmiş Ərəb Əmirlikləri arasındakı münasibətlərin normallaşmasını yüksək qiymətləndirib.
“Bu, tarixi nailiyyətdir və bölgədəki digər ölkələrin təqib edə biləcəyi dialoq və diplomatiya imkanlarının parlaq nümunəsidir”, - deyə o bildirib.