14 Avqust 2020 22:36
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 22 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda 70 192 şübhəli koronavirus testindən keçib, onlardan 1226-nın cavabı pozitiv çıxıb, ağır xəstə sayı 656 nəfər olub, 923 xəstə isə sağalaraq evə buraxılıb.

Türkiyədə ümumilikdə 246 861 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 5934 nəfər ölüb, 228 980 nəfər isə müalicə olunaraq sağalıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər