İsrail hərbçiləri HƏMAS-ın yəhudi dövləti istiqamətində partlayıcı maddə ilə dolu hava şarlarının işə salınmasına cavab olaraq radikal hərəkatın Qəzzadakı obyektlərinə zərbələr endirib.
Teleqraf.com-un məlumatına görə, Qəzza zolağından partlayıcı maddə olan şarların İsrail ərazisinə atılmasına cavab olaraq, Həmas hərbi kompleksi, yeraltı infrastruktur və Qəzzadakı Həmas müşahidə postları vurulub.