15 Avqust 2020 22:53
1 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rumıniyada koronavirusa yoluxanların sayının kəskin artması nəticəsində ölkədə həyəcan rejimini avqustun 16-dan etibarən daha 30 gün müddətinə artırıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə Rumıniya Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, xəstələrin sayı 68 min 46 nəfərə yüksəlib. Son 24 saat ərzində 1415 yeni yoluxma qeydə alınıb.

Koronavirusdan ölənlərin sayı 2904 nəfərdir, 31 min 920 nəfər sağalıb.


Müəllif: Teleqraf.com