16 Avqust 2020 08:58
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 294 mindən çox artıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Avqustun 15-i saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 294 237 nəfər yeni koronavirusa yoluxub, 9 985 nəfər isə həyatını itirib.

Yoluxanların ümumi sayı 21 026 758, ölənlərin isə 755 786 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 11 271 215 yoluxma və 410 483 ölüm halı.


Müəllif: Teleqraf.com