Almaniyanın Mülheim an der Ruhr şəhərində polislə türk ailə arasında qarşıdurma baş verib.
Teleqraf.com xəbər verir ki, qızının evinə qonaq gedən Türkiyə əsilli qadın avtomobilini qonşunun qarajının qarşısında saxlayıb. Qarajın sahibi isə polisə zəng edərək şikayət edib.
Qadının kürəkəni yerindəcə cəriməni ödəyərək maşının cərimə meydançasına aparılmasına mane olub. Hadisə yerinə qadının nəvələri gəlib və polislə mübahisə olub. 17 yaşlı uşaq təhqirə məruz qaldığı üçün polisə buna son qoymasını tələb edib.
Məlumata görə, polis hər iki qardaşı yerə yıxaraq əllərini qandallayıb. Qadının qızı baş verən dəhşətli hadisə barədə danışıb, o, həyat yoldaşının da hücuma məruz qaldığını və xəstəxanaya aparıldığını söyləyib.
Görüntülər ABŞ-da polis zorakılığı nəticəsində həyatını itirən Georgi Floyd olayını xatırladıb.
Görüntüləri təqdim edirik: