16 Avqust 2020 13:39
1 923
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur çinli virusoloq, akademik Çjun Nanşan Çinin Rusiya ilə COVID-19 əleyhinə peyvəndin sınağını birgə keçirməyi planlaşdırdıqlarını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, virusoloq Rusiyanın virusla əlaqəli xəstəliklərdən ölüm hallarının aşağı səviyyədə qalmasını təmin etdiyini söyləyib.

Onun sözlərinə görə, Rusiyada peyvəndlərin inkişafı yüksək sürətlə davam edir.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin avqustun 11-də Rusiyada COVID-19 əleyhinə peyvəndin qeydə alındığını açıqlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər