16 Avqust 2020 15:08
1 272
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenkonun korteji "Belaya Rus" ictimai təşkilatının Minskin mərkəzində Hökumət Evi qarşısında keçirdiyi dəstək mitinqinə gəlib.

Teleqraf.com "Sputnik Belarus"a istinadla xəbər verir ki, Müstəqillik Meydanı boyu keçid artıq bağlanıb.

Qeyd edək ki, Lukaşenkonun kursunu dəstəkləyən qüvvələrin iştirakı ilə mitinq keçirilir.

Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına görə, Aleksandr Lukaşenka 80,1 faiz səslə qalib gəlib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər