ABŞ Prezidenti Donald Tramp köməkçilərinə noyabr seçkilərindən əvvəl Rusiya lideri Vladimir Putinlə şəxsən görüşmək istədiyini söyləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə “NBC News” kanalı məlumat yayıb.
Kanalın mənbəsinin bildirdiyinə görə, administrasiya sammitin keçiriləcəyi yer və tarixə baxıb. Məkan üçün təklif olunan variantlar arasında Nyu-Yorkun olduğu da bildirilib.
Belə bir görüşün təşkilinin nüvə silahlarına nəzarət haqqında yeni sazişin hazırlanması ilə əlaqədar olduğu bildirilib.
Bildirilib ki, bu, Trampa seçkilər ərəfəsində razılaşmalar aparmaq iqtidarında olduğunu nümayiş etdirməyə imkan verə bilər. “NBC News” Trampın seçki öncəsi dünya liderləri ilə görüşəcəyini bildirib, ancaq Rusiya prezidenti ilə görüş hələ dəqiqləşdirilməyib. Bu, ehtimallar arasındadır.