17 Avqust 2020 01:16
443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya üzrə koronavirus infeksiyasına yoluxanların sayının 21 milyonu, ölənlərin sayının isə 761 min nəfər ötüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Son 24 saat ərzində dünyada koronavirusa 267 291 yoluxma qeydə alınıb, 5 985 nəfər həyatını itirib.

Bununla da dünyada koronavirusa yoluxanların sayı 21 294 845 nəfərə çatıb.

Pandemiya qurbanlarının ümumi sayı 761 779 nəfər təşkil edir.


Müəllif: Teleqraf.com