17 Avqust 2020 10:33
2 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın Bəsrə şəhərində siyasi fəalın öldürülməsinə etiraz olaraq mitinq keçirilib.

Teleqraf.com xəbər verir ki, mitinqin şəhər valisi Əsəd əl-Geydaninin evinin önündə baş tutduğu bildirilib.

Etirazçılar fəalın ölümündə iştirak edənlərin həbsini tələb ediblər. Polisin mitinqi dağıtmaq istəməsi ilə ara qarışıb. Etirazçılar valinin evinin önündəki çox sayda avtomobili yandırıb. Etirazçılardan bəzilərinin valinin yaşadığı evi də yandırmağa cəhdlər etdiyi bildirilib.

Polis qarşıdurmaya çevrilən aksiyanı dağıtmaq üçün qaz bombası və həqiqi mərmilərdən istifadə edib. Etirazçılar isə polisə “Molotov kokteyli” ataraq cavab veriblər.

Aksiyada çox sayda yaralanan olub, bir neçə nəfər isə saxlanılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər